Novxanı sakinləri yeni marşrut xəttindən narazıdırlar - VİDEO

Marşrut xəttinin ləğv edilməsi sakinlərin işini çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, söhbət Abşeronun Novxanı kəndindən gedir. Sakinlərin sözlərinə görə, Novxanıdan keçən, Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 saylı marşrut ləğv edilib. Bu vəziyyət isə sakinlərin işini çətinləşdirib. İndi onlar Binəqədiyə getmək üçün iki avtobus dəyişməli olurlar.
Kənd sakinləri deyirlər ki, hazırda xəttə 123 nömrəli marşrut üzrə avtobuslar buraxılsa da, onlar lazım olan ərazilərdən keçmir. Həmçinin sözügedən avtobuslar xırdatutumlu olduğu üçün sərnişin sıxlığı yaranır.
Kənd camaatının çoxu Binəqədidə çalışdığı üçün əvvəlki marşrutun ləğv edilməsi onların həm vaxtını həm də əlavə pulunu alır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, deyilənlərin əksinə, sakinlərin rahatlığı üçün marşrutların hərəkət sxemləri dəyişdirilib.
Qeyd edilib ki, səfər müddətində əlavə vaxt itkisinin aradan qaldırılması və sərnişinlərin Sumqayıta, eləcə də Novxanı və Corata rahat, sürətli daşınmasının təmin edilməsi üçün 123 nömrəli müntəzəm marşrutun hərəkət sxemi Binəqədi qəsəbəsinin mərkəzinə daxil olmadan təşkil edilib.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











