Nuran Abdullayev forumda iştirak edən azərbaycanlı rektorlara təşəkkür etdi - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu uğurla başa çatıb.
Avtosfer.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında Alyansın İdarə heyətinin sədri Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, forum yüksək əhvali-ruhiyyə ilə keçirilib və burada çox mühüm müzakirələr aparılıb:
"Forumun gedişi və aparılan müzakirələr ümumiyyətlə bu sferada Avropada ilk dəfə olaraq təşkil olunan belə bir tədbirin yüksək təşkilatçılığından xəbər verir. Mən ilk növbədə buna görə, Alyans adından həm Diasporla İş üzrə Dövlət Komitəsinə, həm də Azərbaycanın Almaniyadakı Səfirliyinə minnətdarlığımı bildirirəm".
"Bildiyiniz kimi, Forumda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də iştirak edirdi. Qeyd olunan ali təhsil müəssisələrinin rektorları Forumda iştirak edən mühəndisləri qazandıqları bilik və bacarıqlarla Azərbaycana dəvət etdilər. Onlar çıxışlarında da mühəndislərlə həm elmi, həm də praktiki əməkdaşlığa maraqlı olduqlarını bildirdilər. Bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmi vurğulandı. Azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırıldı. Elə Alyansın da son illərdə qarşısına qoyduğu əsas məqsədlərdən biri də odur ki, fərqli sahələrdə olan peşəkar mütəxəssislərimiz Azərbaycanın inkişafı naminə öz töhfələrini verə bilsinlər. Məhz rektorların da bu istiqamətdə konkret təkliflərlə çıxış və müraciət etməsi mənim üçün olduqca sevindiricidir. Mən tədbirdə iştirak edən azərbaycanlı rektorlara nümunəvi mövqeylərinə və əməkdaşlıq təkliflərinə görə öz təşəkkürümü bildirir, təklif və müraciətlərinin dəyərləndiriləcəyinə ümid edirəm", - N.Abdullayev əlavə edib.
Qeyd edək ki, Foruma Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri qatılıblar.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO













