Nuran Abdullayevə yeni vəzifə verildi

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib.
Ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində Alyansın keçirilən toplantısında bununla bağlı qərar verilib.
Belə ki, toplantıda Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.
Alyansın İdarə Heyətinin sədr müavini vəzifəsinə Almaniyada yaşayan tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev layiq görülüb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak ediblər.
Qeyd edək ki, Alyansın İdarə heyətinin sədri Yaşar Musayev Bakı-Nürnberq Cəmiyyətinin rəhbəridir. İdarə Heyəti sədrinin müavini Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktorudur. Digər sədr müavini Sevda Qəribova Berlin şəhər senatının nəzdindəki orta məktəbdə pedaqoq-təlimçi kimi fəaliyyət göstərir, alman dilini tədris edir.
Qeyd edək ki, N.Abdullayev Azərbaycanı xaricdə layiqincə təmsil edən fəal həmyerlilərimizdən biridir. O, uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasında həkim kimi çalışır. Eyni zamanda klinikanın şöbə müdiridir.
Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.
Onun müəllifi olduğu elmi tədqiqatlar-araşdırmalar və tibb elminə gətirdiyi yeniliklər dünyaca nüfuzlu jurnallarda dərc olunaraq geniş oxucu kütləsinə təqdim edilib. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.
N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.
N.Abdullayev Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.///apa
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












