«O adamı ayda iki dəfə maşın vurur, çörəyi bundan çıxır»-İYRƏNC ƏMƏL -VİDEO

Bu yolla pul qazanan insanlar da var. Dünyanın hər yerində belələrinə rast gəlmək mümkündür. Hətta, belə kadrları filmlərə də çəkirlər. Çünki reallığı əks elətdirir. Azərbaycanda belə hadisələrin baş vermədiyini qətil şəkildə inkar etmək olmaz. Bu yaxınlarda Avtosfer.az-a müraciət edən bir sürücü bildirmişdi ki, təsadüfən yolu keçən piyadaya maşınla toxunub. Piyada dərhal özünü yerə yıxıb. Sürücü onu xəstəxanaya çatdırmaq istədikdə isə piyada guya ona yaxşılıq edirmiş kimi, yüngül xəsarət aldığını və «məni evə apar» deyib. Sonra isə sürücünün «qara günləri» başlayıb. Hər gün həmin sürücüdən pul istəyən piyadanın əməlinin üstünü öz qonşusu açıb. Bir gün həmin sürücü yenidən «vurduğu» piyadaya pul apararkən həyətdə onun qonşusu ilə rastlaşıb. «Zərərçəkən»in qonşusu həmin sürücüdən kimliyini, bu binaya niyə tez-tez gəldiyini soruşduqda sürücü olanları ona danışıb və qonşunu vurduğunu bildirərək neçə aydır ona pul verdiyini deyib. Qonşu kişi bu sözləri eşidən kimi bir cümlə işlədib: «O adamı ayda iki dəfə maşın vurur, onun çörəyi bundan çıxır». Bu sözlərdən sonra sürücü bir daha «vurduğu» piyadaya baş çəkməyib.
Yeri gəlmişkən, bu cür olayları əks etdirən yumoristik səhnəcikləri «Bu şəhərdə» tamaşasında, eyni zamanda, ANS-də yayımlanan «Bu da bu» serialında görmək mümkündür. Hər halda, bu cür ssenarilərin əksəriyyəti həyatdan götürülür. Bu yolla pul qazananlar unutmasınlar ki, bir gün onları həqiqətən də maşın vuracaq.
Fidan
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












