Ödənişli parkinqlərdə "zebralı yerlər" nə üçündür? - FOTO

Artıq bir müddətdir şəhərin müxtəlif yerlərində ödənişli parkinqlər yaradılır.
Avtosfer.az xəbər verir ki, yol kənarında paralel və ya perpendikulyar şəkildə çəkilmiş zolaqlar avtomobillərin rahat park etməsi üçün əlverişlidir.
Diqqət etdikdə bəzi yerlərdə bir maşınlıq park yerlərində zebralar çəkilib və orda avtomobillərin saxlanmasına icazə verilmir. Bu "zebralı yerlər" nə üçündür?
Bəllidir ki, piyada keçidləri, yolayrıcına 5 metr məsafədə avtomobil saxlamaq olmaz. Buna səbəb isə piyadaların keçidə daxil olmazdan əvvəl yolu, avtomobillərin yolayrıcını keçən zaman gələn maşınları görməsi üçündür. Odur ki, bu ayırıcı yerlər məhz bu səbəbdən təşkil edilib.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzən bunu bilməyən sürücülər orda avtomobil park edir. Təbii ki, parkinq əməkdaşları buna nəzarət edirlər. Lakin insanların bu barədə maariflənməsi də zəruridir.
Orxan Əli
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












