Oğurluq "Prius"a saxta nömrə bağlayıb quldurluq edənlər tutuldu - FOTO - VİDEO

Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar.
Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















