Oğuzda çətənə kolları becərənlər saxlanıldı - FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb.
Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.
Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














