Ölümə gedən sürücü kameraya düşdü – Maşın yerində fırlandı - REAL VİDEO

Sürücü Kənan Kərimli idarə etdiyi avtomobilə ağır qəzadan qurtulub. O, bunu əks etdirən videonu Avtosfer.az-a göndərib. Videodan aydın görünür ki, aprelin 17-də, saat 13.54 radələrində qarşılıqlı hərəkət olan yolda üç avtomobil təhlükəli vəziyyət yaradaraq ötmə əməliyyatı aparır. Onlardan ikisi “Mercedes”, biri isə “VAZ-2107” markalı avtomobildir. Yaxınlaşmaqda olan avtomobilin yoluna çıxan və yüksək sürətlə hərəkət edən “Mercedes”lər toqquşmadan yayınmaq üçün sağa çəkilə bilir. “07”nin sürücüsü isə qəfil tormoz verir və avtomobilin sol tərəfi “qaçır”. Bunu zaman qarşıdan gələn Kənan Kərimlinin idarə etdiyi avtomobillə toqquşma təhlükəsi yaranır. K.Kərimli maşını tam olaraq sağa çəkərək yol çiyninə çıxardır və qəzadan yayındıra bilir. Avtomobil yerində fırlanaraq üzü əks istiqamətə dayanır. Ona qəza şəraiti yaradan sürücü isə maşını saxlayaraq Kənan Kərimlinin maşınına yaxınlaşıb “görmədim” deməklə özünə haqq qazandırmağa çalışır.
Kənan Kərimli bildirir ki, həmin avtomobildə 5 nəfər olub və qorxulu anlar yaşayıblar.
Ümid edirik ki, Dövlət Yol Polisi həmin sürücüləri aşkar edərək cəzalandıracaq.
Elməddin
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












