Ömürlük məhkum anasının köməyilə həbsxanadan qaçdı

ABŞ-da anasının köməyi ilə həbsxanadan qaçan məhbus saxlanılıb.
7 yaşlı qıza təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən 39 yaşlı Robert Yansi dekabrın 17-də Texas ştatının Brazoriya qraflığındakı həbsxanadan qaçıb. Sonra anası Leonor Priestl onun yanına gəlib. Qadın oğluna kişi geyimlərini, eləcə də saxta vəsiqəni verə bilib.
Həbsxana paltarından qurtulan Yansi cəzaçəkmə müəssisəsini qohumu ilə birlikdə tərk edə bilib. O, avtomobillə naməlum istiqamətə gedib. Həbsxana işçiləri onun qaçdığını bilən kimi maşını axtarışa veriblər.
Həmin gün axşam saat doqquzda Priestl həbsxanadan təqribən 180 kilometr aralıda saxlanılıb və qaçırılan maşının içərisində olmayıb. Ertəsi gün Yansi koloniyadan 70 kilometr aralıda, Kulinq su anbarının yaxınlığındakı parkda istirahət edənlərin diqqətini çəkib və bu barədə polisə məlumat verilib.
Yansi hüquq-mühafizə orqanlarına saxta adla vəsiqə təqdim etməyə çalışsa da, o, tezliklə qaçdığını etiraf edib.
Məlum olub ki, Priestl əvvəllər nəzarətçi vəzifəsində çalışıb. Müstəntiqlərin sözlərinə görə, o, oğlunun qaçmasına kömək etmək üçün həbsxana qaydalarına dair biliklərindən istifadə edib. Nəticədə qadın və onun sevgilisi Rassel Uilyams qaçmağı təşkil etməkdə ittiham olunub. (lent.az)
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












