On minlərlə uşaq ölə bilər - BMT-dən XƏBƏRDARLIQ

"Humanitar vəziyyət sürətlə düzəlməzsə, Qəzzada on minlərlə uşaq həlak ola bilər".
Bunu BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Cenevrədə keçirdiyi brifinqdə deyib.
"Əgər humanitar vəziyyət, o cümlədən təmiz içməli suya çıxış tezliklə düzəlməzsə, Qəzzada ölən uşaqların sayının çox kəskin artacağını görəcəyik. Bu, minlərlə, hətta on minlərlə uşağın ölüm-dirim məsələsinə çevrilib".
O, əlavə edib ki, son günlər bölgəyə yağan güclü yağışlar səbəbindən Qəzzada uşaqlar da epidemiya riski altındadır.
Bir gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşilik səviyyəsində çoxlu sayda insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi. (unikal.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












