On səkkiz yaşlı kəşfiyyatçının şəhidliyə aparan şərəfli döyüş yolu - VİDEO

44 günlük vətən müharibəsində tarix yazan qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız qəhrəman ordumuzun həmlə qruplarında yer alaraq Füzuli, Xocavənd istiqamətlərinində döyüşlərdə iştirak edən Ağababa Abasovdur. Döyüşlərdə düşmənə qan udduran igidimiz ölümündən sonra 4 medalla təltif olunub
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış Ağababa Abasov 2002-ci ildə Şabranın Uzunboyad kəndində anadan olub. O, 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Uşaqlıqdan idmanla məşğul olduğundan yüksək fiziki göstəricilərə malik idi. Məhz buna görə də hərbi hissənin kəşfiyyat bölüyündə qulluq edib.
Qəhrəmanımız 2-ci qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılıb.
Döyüş yoldaşları deyir ki, Ağababa düşməndən qisas almaq üçün daim irəli can atırdı. O, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəmanımız sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb.
Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə", ''Xocavəndin azad olunmasına görə", ''İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












