Orta Dəhliz daha təhlükəsiz və qısa alternativ marşrut təklif edə bilər

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) araşdırmasına görə, Trans-Xəzər marşrutunun (Orta Dəhliz – red.) bütün dəhliz boyu dayanıqlı infrastrukturuna 17,5 milyard avro investisiya tələb olunur.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə “Astana Finance Days” illik maliyyə konfransında AYİB-in Mərkəzi Asiya üzrə idarəedici direktoru Hüseyn Özhan bildirib. O əlavə edib:
“Trans-Xəzər nəqliyyat marşrutu istifadə olunan digər dəhlizlərlə müqayisədə daha təhlükəsiz və qısa alternativ marşrut təklif edə bilər”.
AYİB nümayəndəsi qeyd edib ki, yüklərin göndərilməsi 15 gündən 60 günə qədər vaxt tələb edir. Yükdaşımaların bir neçə sərhədi keçməsi yanaşı, prosesdə onlarla tərəf iştirak edir ki, bu da əməliyyatı logistika baxımından çox mürəkkəb hala gətirir.
“Bundan əlavə, “yumşaq” infrastruktur da var. Bunlar rəqəmsallaşma, işlərin normallaşdırılması, tariflərin müəyyənləşdirilməsi, qrafiklərin tərtibi, gömrük nəzarəti və digər elementlərdir ki, onlar dəhlizin tam işlək vəziyyətə olması və yaxşı alternativ marşruta çevrilməsi üçün uyğunlaşdırılma və optimallaşdırılma tələb edir”, - deyə o vurğulayıb.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












