Orta Dəhliz region üçün mühüm təşəbbüsdür

Hesab edirik ki, Orta Dəhliz region üçün mühüm təşəbbüsdür. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
Onun sözlərinə görə, indiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri məhsulların ixracını Rusiya və ya Çin vasitəsilə həyata keçirməlidir:
“Marşrutun Gürcüstandan keçib-keçməməsindən asılı olmayaraq, Azərbaycanın Xəzər dənizi vasitəsilə dünya bazarlarına tədarük edilən malların və nəhayət, xidmətlərin əldə edilməsi məsələsində çox böyük imkanları olduğunu görürük”.
Ceyms O`Brayan Ermənistan və Türkiyə üzərindən Qara dənizə və ya Aralıq dənizinə çıxış əldə etməyin mümkün olduğunu da vurğulayıb:
“Bu imkan həm nəqliyyat xərclərini azaldacaq, həm də geosiyasi müdaxilələrdən qorunacaq alternativlər təqdim edəcək. Bütün bunlar Tacikistandan Türkiyəyə qədər on milyonlarla insana fayda verəcək. Fikrimizcə, bu, bütün maraqlı tərəflərin razılığı ilə həyata keçirilməlidir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












