Orta Dəhliz vasitəsilə tranzitin həcmi 20 dəfə artıb

Çinin Sian şəhərində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Forumu çərçivəsində “Kazakhstan Temir Jolı NK” SC-nin (“Qazaxıstan Dəmir Yolları”) nümayəndələri Şensi vilayətinin qubernatoru Çjao Qan ilə görüşüblər.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, görüşdə quru limanları ilə bağlı iki birgə layihə - Almatıda yeni logistika mərkəzinin və RF Moskva vilayətinin Selyatino stansiyasında CRK terminal-logistika mərkəzinin tikintisi müzakirə edilib.
TITR marşrutu ilə, o cümlədən Avropa istiqaməti üzrə infrastruktur layihələrinin inkişaf perspektivləri də nəzərdən keçirilib.
Tərəflər vurğulayıblar ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq təkcə tranzit nəqliyyatın inkişafına və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə vermir, həm də hər iki ölkə üçün mühüm strateji üstünlüklər yaradır.
Qeyd olunub ki, Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalı fəaliyyət göstərir. Bu obyekt Qazaxıstan vasitəsilə Avropaya konteyner qatarlarının hərəkətinin 30 faizini təmin edir. Limana idxal yüklərinin 40 faizi Qazaxıstandan daxil olur.
Sian şəhərində KTZ terminalının imkanlarının istifadəsi sayəsində bu ilin 8 ayı ərzində TITR marşrutu üzrə tranzit həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 dəfə artıb. Yüklərin Azərbaycana çatdırılma müddəti 11 günə, Gürcüstana isə 14 günə endirilib.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












