Orta Dəhlizin inkişafı məsələləri müzakirə olunub

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkədə fəaliyyət göstərən iri müəssisələrin nümayəndələri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dair məsələləri müzakirə edib.
"Report" Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, nazirlikdə nəqliyyat dəhlizləri ilə yükdaşımaların həyata keçirilməsi və ixrac potensialının artırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dialoqda nazir L. Kudratov, nəqliyyat naziri İlhom Mahkamov, “Özbəkistan Dəmir Yolları” SC-nin nümayəndələri, o cümlədən ixrac, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən 40-dan çox iri müəssisənin rəhbərləri iştirak ediblər.
“Malların ixracı üçün istifadə edilən nəqliyyat dəhlizlərinin, xüsusilə Transxəzər dəhlizinin inkişafı, ixrac fəaliyyəti üçün hərtərəfli rahat şəraitin yaradılması ilə bağlı məsələlər müzakirə edilib”, - məlumatda bildirilib.
Dəyirmi masanın yekununda müəssisə rəhbərlərinin irəli sürdükləri səmərəli təkliflərin həyata keçirilməsi üçün vəzifələr müəyyən edilib. Bu məqsədlə İnvestisiya, Sənaye və Ticarət Nazirliyi Nəqliyyat Nazirliyi ilə birlikdə konkret icra müddətləri və məsul icraçılar göstərilməklə Yol Xəritəsi hazırlayacaq.
TBNM və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












