Ötən gün 4 min ağac əkildi

BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq meşələr günü kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu günün keçirilməsində məqsəd meşə massivlərinin vacibliyini, mühafizəsini, artırılmasının önəmini vurğulamaq, ağac əkinini təşviq etməkdir.
2021-ci ildə Beynəlxalq meşələr günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında qeyd olunur.
Nazirlikdən bildirilib ki, Azərbaycanda davamlı olaraq hər il genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir. Təkcə ötən gün Quba, Qusar, Şəki rayonlarında 4 hektar ərazidə 4000-ə yaxın meşəcinsli ağac əkilib, palıd toxumu səpilib.
Ümumiyyətlə, bu il yaz ağacəkmə mövsümündə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu günədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












