«Oyunlar zolağı» ilə bağlı daha ağır cərimə də var - DİQQƏT

Sürücülərimiz Avropa Oyunları zolaqlarında hərəkətin qadağan olunduğuna artıq öyrəşiblər. Hər kəs bilir ki, bu zolaqlarda hərəkətinə icazə verilməyən nəqliyyat vasitələri həmin zolaqlara daxil olduqda sürücü İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə əsasən 40 manat cərimə olunur.
Avtosfer.az xəbər verir ki, amma bu zolaqlardan istifadə ilə bağlı tələblərin pozulmasına görə sürüclərin məruz qalacağı başqa qayda pozuntusu da var. Sadəcə olaraq, hələlik bu zolaqlarda hərəkətinə icazə verilənlər olmadığına görə bu qayda pozuntusu yada düşmür. Söhbət yolayrıclarında «Oyunlar zolağı»nın başqa yollarla kəsişməsində digər sürücülərin həmin zolaqlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə yol vermədiyi halda məruz qalacaqları cərimədən gedir. Hesab edirəm ki, indidən təbliğat aparmaq lazımdır ki, sürüclərimiz naşılıq edərək həmin cəriməyə məruz qalmasınlar. Həmin problem əsasən oyunlar başladıqdan sonra yaranacaq.
Diqqətli sürücülər yəqin ki, artıq bunu bilirlər. Bu barədə rəsmi qurumlar da bir neçə dəfə məlumat veriblər. «Oyunlar zolaqları»nın digər küçə və yollarla kəsişdiyi yolayrıclarında kəsişən yollarla gələn sürücülərin qarşısına hər yerdə 2.4 “Yol verin” nişanı qoyulub. Bu o deməkdir ki, «Oyunlar zolağı»nı kəsərək keçən sürücü bu zolaqda hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə yol verməlidir. Bu tələbin pozulması, yəni kəsşmə yerlərində oyunlar zolağında hərəkət edən nəqliyyat vasitələrinə yol verilməməsi yolayrıcını keçmə qaydalarını pozma hesab edilərək İXM-in 151.2-ci maddəsi ilə 60 manat cərimə və 3 cərimə balının tətbiqinə səbəb olacaq. Hətta hər hansı sürücü «Oyunlar zolağı» ilə hərəkət edən nəqliyyat vasitələrinə yol verməməklə onlara qəza şəraiti yaradarsa, yəni bu nəqliyyat vasitələrini hərəkət sürətini və istiqamətini qəflətən və sərt şəkildə dəyişməyə məcbur edərsə, onda belə hal İXM-in 151.3-cü maddəsi üzrə 80 manat cəriməyə və 4 cərimə balına səbəb ola bilər.
Belə kəsişmə yerlərində digər sürücülər həmin zolaqla hərəkət edən, xüsusi işıq və səs siqnalını qoşmuş operativ nəqliyyat vasitəsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə yol vermədikdə isə İXM-in 151-4-cü maddəsi üzrə 100 manat cərimə və 3 cərimə balına məruz qalacaqlar.
Beləliklə, sürücülərimizi bir daha diqqətli olmağa çağırıram. Xüsusən də oyunlar zolağı ilə kəsişən yolayrıclarında daha diqqətli olmaq lazımdır. Əks təqdirdə yuxarıda göstərdiyim cəriməyə məruz qala bilərsiz.
Ərşad Hüseynov,
hüquqşünas
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










