“Oyunlar zolağı" yenidən rənglənir

Bakıda "oyunlar zolağı"na görə daha bir yol bağlanır. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Lökbatan dairəsi”ndən “Bibiheybət məscidi”nədək olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.
İşlər hər iki istiqamətdə aparılacaq. Bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.
Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində artıq yekunlaşıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərər anlayşla yanaşmalarını xahiş edir.
Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.
Nurlan
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










