Özünü «hamıdan ağıllı» sayan sürücü - ONDAN BİR DƏNƏDİ? - FOTO

Azərbaycanda sürücülərin ən böyük problemlərindən biri də parkinq mədəniyyətidir. Parkinqdə sıra ilə dayanmaq bəzilərinə ayıb iş sayılır. Hətta iş o yerə çatıb ki, Bakıdakı yeraltı avtomobil dayanacaqlarında da avtomobili park edərkən bir maşını iki maşının yerində saxlayan, çəpinə dayanan və başqa hoqqalardan çıxan sürücülər də var.
Başa düşürük, bəziləri seçilmək, özünü göstərmək, maşına diqqət çəkmək istəyir. Amma bu istəklərdən əlavə, o maşına baxıb sahibi haqqında xoş sözlər deyilmədiyini də xatırlatmaq istərdik. Belələrinə, ən yaxşı halda uzunqulaq deyirlər. Ən pis halı isə deyə bilmərik. Çünki etik qaydalara riayət etmək zorundayıq.
Bu fotoda da başqalarından seçilməyə çalışan sürücünün hərəkətlərini görə bilərik. Hər kəs avtomobili səkiyə paralel saxlayıb. Lakin «Toyota-Prado» markalı, 10 ME 090 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün maşını səkiyə dırmandırıb piyadaların yolunu kəsməsi sadəcə olaraq, sürücü mədəniyyətinin aşağı səviyyədə olduğunun göstəricisidir. Bu, məsələnin mənəvi tərəfidir. Hüquqi tərəfi pozduğu qayda pozuntusundan asılı olaraq Dövlət Yol Polisinin səlahiyyətindədir. Amma hər şey bir yana, özünü bu cür iyrənc hərəkətlərlə göstərməyə, başqalarından seçilməyə çalışanlara «zavallı» demək yerinə düşər.
Eldar Hüseynov adlı oxucunun Avtosfer.az-a göndərdiyi fotonu təqdim edirik:
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











