Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil - Dövlət Agentliyi - FOTO

"Sosial şəbəkələrdə paylaşılan videodakı Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Hüseyn Əlağa oğlu Sadıqov müharibə iştirakçısı deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.
O bildirib ki, sözügedən şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd edilənlər yanlışdır:
"Belə ki, Hərbi-Həkim Komissiyasının Hüseyn Əlağa oğlu Sadıqov ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub. Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb. Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir".
(report)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













