Padşah körpüsünün bir hissəsi dağılıb - FOTO

Laçında yağan güclü yağış nəticəsində Həkəri çayının səviyyəsi qalxaraq üzərində yerləşən Padşah körpüsünün bir hissəsini dağıdıb. APA xəbər verir ki, hazırda sözügedən ərazidə təmir işləri aparılır. Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, son günlər leysan yağışları ilə bağlı Həkəri üzərindəki qədim körpünün çökməsi təbii fəlakətin nəticəsi kimi dəyərləndirilir. "Bildiyiniz kimi el arasında "Padşah körpüsü" adanlanan həmin taxta körpü uzun illərdi mövcud olub. Özəl bir funksiyası yoxdur. Yalnız girişdə estetik mənzərəni tamamlayan elementdir. Şəhərin yenidən qurulması zamanı Laçın abadlıq tərəfindən daş döşənərək, kənarları çiçəklərlə bəzədilib, ətrafı baxış meydançası kimi asanlaşdırılmışdı. Yeri gəlmişkən, Həkəri üzərindən salınmış digər üzən körpü də vaxtaşırı təhlükəsizliyi nəzərə alaraq qaldırılır. Artıq yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından biri olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun yenidən bərpa olunacaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















