Pakistanın milli aviadaşıyıcısı 482 milyon dollara satılıb

Pakistanın milli aviadaşıyıcısı, dövlətə məxsus müflis şirkət "Pakistan International Airlines" (PIA) hərrac yolu ilə 135 milyard Pakistan rupisi (təxminən 482,3 milyon ABŞ dolları) müqabilində satılıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, hərracda üç iddiaçı iştirak edib. Qalib PIA-nın 75 faiz səhmi üçün ən yüksək məbləği təklif edən Arif Habib adlı özəl konsorsium olub. Pakistan hökumətinin müəyyən etdiyi ilkin qiymət 100 milyard rupi (təxminən 357 milyon dollar) təşkil edirdi. Bildirilir ki, satışdan əldə olunan vəsaitin 92,5 faizi aviadaşıyıcının yenidən kapitallaşdırılmasına və fəaliyyətinin bərpasına yönəldiləcək. Pakistanın Baş naziri Şahbaz Şərif hərracdan əvvəl bildirib ki, PIA-nın satışı baş tutacağı təqdirdə bu, ölkə tarixində İslam Respublikasında həyata keçirilmiş ən iri özəlləşdirmə sövdələşməsi olacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












