“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” - Adil Qeybulla

Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiyanın bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin DST virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla yenisabah.az-a açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir:
"Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox probemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib".
Həkimin sözlərinə görə, atıq həm xəstələrdə, həm də vaksinasiya olunanlar immunitet yaranıb: "Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.
Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur".
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












