Parkinq icazəsi olanlara – XƏBƏRDARLIQ

Bakı 2015 I Avropa Oyunları keçirilən ərazilərə avtomobilləri saxlamaq üçün xüsusi icazə vərəqələri olan şəxslər avtomobillərini yalnız axşam saatlarında park edə bilərlər.
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov deyib.
Onun sözlərinə görə, əhalinin rahatlığını təmin etmək məqsədi ilə Bakı 2015 I Avropa Oyunları keçirilən ərazilərdə yaşayan sakinlər üçün artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən parkinq üçün icazə vərəqələri verilib.
Parkinq üçün icazə vərəqələri məskunlaşma ərazisinə görə kodlaşdırılıb. Ərazi koduna əsasən vətəndaşa verilən icazə vərəqi imkan verir ki, axşam saatlarında sakinlər göstərilən yerdə maşınlarını saxlaya bilsinlər.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi qeyd edib ki, parkinq üçün icazə vərəqəsi olan vətəndaş avtomobili yalnız məskunlaşma ərazisinə uyğun olaraq saxlaya bilər:
“Parkinq üçün icazə vərəqəsi avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır. Vətəndaşlar yaşadığı ərazidə “durma” qadağanedici nişanı olmadığı təqdirdə nəqliyyat vasitəsini axşamdan səhərə qədər saxlaya bilərlər.
Lakin məskunlaşma ərazisinə görə bir kodu olan vətəndaşlara digər Avropa Oyunları keçirilən ərazilərdə avtomobili saxlamaq qadağan edilib. Misal üçün Heydər Əliyev Arenası yaxınlığında parkinq üçün icazə vərəqəsi olan şəxs, Tofiq Bəhramov Stadionu yaxınlığında avtomobili saxlaya bilməz”.
Qeyd edək ki, maşınını icazə vərəqəsində qeyd edilən yerdən kənarda saxlayan şəxsin avtombili həmin ərazidən dərhal uzaqlaşdırılacaq və onların sahibləri cərimələnəcəklər.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











