Paşinyan Azərbaycanla sülhə görə Putinə təşəkkür etdi

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh prosesinə verilən dəstəyə görə minnətdarlığını bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Paşinyan Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının Rusiya-Ermənistan əlaqələrinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib. Baş nazir Cənubi Qafqazda çox vacib və müsbət inkişafların baş verdiyini diqqətə çatdırıb. “Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacaq”, – deyə Paşinyan vurğulayıb. Qeyd edək ki, görüşdə həmçinin regional nəqliyyat kommunikasiyalarının açılması və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi bildirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












