"Paşinyan teatr qurur, bəziləri "qurban" gedəcək" - Erməni KİV

“Arayik Arutyunyanla Samvel Babayan arasında münasibətlər gərginləşib. Onun qohumları Babayanın əleyhinə müsahibələr verir, müharibənin böyük məsuliyyətini onun çiyninə qoymağa çalışırlar, xüsusən də Babayan Paşinyanı məşhur Lələ-Təpə əməliyyatı keçirməyə razı salıb və uğursuzluğa düçar olub, ordunun onurğasını sındırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan məğlubiyyətin fəsadlarını hakim qurumların üzərinə atır:
"Nikol Paşinyan tezliklə böyük teatr hazırlayır. Bu, 44 günlük müharibənin məğlubiyyət səbəblərini araşdıran İstintaq komissiyasının nəticəsi olacaq. Bəziləri bu işin nəticəsinə “qurban” gedəcək. Hakimiyyət düşünür ki, müharibənin məğlubiyyəti bu və ya digər şəkildə həzm olunmayacaq, toplanacaq və nə vaxtsa xalqı ayağa qaldıracaq, ona görə də narazılığı müəyyən istiqamətə yönəltmək lazımdır".
Unikal.org
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











