Paşinyan yenə Başkəndə iddia qaldırdı, Qazaxın 7 kəndindən danışdı

Sülh müqaviləsinin prinsiplərindən biri ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı və Sovet Azərbaycanının ərazilərində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, tanınmaya eksklavlar daxil deyil: "Ermənistanın 29.800 kvadrat kilometr ərazisinə Azərbaycan ərazisi ilə əhatə olunmuş eksklav olan Artsvaşen (Başkənd, Gədəbəy rayonu - red.) daxildir. Bu məsələ hansısa formada həll olunmalıdır. İstəsəm də belə bir sualın olmadığını deyə bilmərəm. Başkənd suveren Ermənistanın ərazisidir, mən sadəcə deyə bilmərəm ki, bizim Ermənistanın bu suveren ərazisi ilə heç bir əlaqəmiz yoxdur. Biz bu məsələsini qaldıranda Azərbaycan da öz növbəsində onun təsvirinə və SSRİ-nin xəritə və qərarlarına görə de-yure mövcud olmuş anklavlar məsələsini (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi - red.) qaldırır. Desək ki, anklavdan söhbət getmir, onda deməliyik ki, nə eksklavdan söhbət gedir, nə də Başkənddən söhbət gedir, amma hər iki sual mövcuddur. Bu iki məsələ sülh prosesində həll olunmalıdır".
Paşinyan qeyd edib ki, həll yollarından biri odur ki, Ermənistan ərazisi ilə əhatə olunmuş eksklavlar de-yure Ermənistanın ərazisi, Azərbaycan ərazisi ilə əhatə olunmuş ərazilər isə Azərbaycan ərazisi sayılsın: "Amma bu, artıq konkret razılaşmanın mövzusudur və o, parlament tərəfindən də ratifikasiya edilməlidir.
Deyək ki, biz Başkənd üzərində suverenliyimizi bir daha təsdiq edirik. Burada çoxlu suallar var. Birincisi, həmin eksklavın ərazisi çəkilməli və yenidən qurulmalıdır. İkincisi, bizim həmin kəndlə birbaşa sərhədimiz yoxdur, biz öz sərhədimizdən "Artsvaşenə"gedəndə Azərbaycan ərazisindən necə keçəcəyik? Burada çoxlu problemlər yaranır". (unikal)
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA










