Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












