Payız mövsümündə 80-dən çox istiqamət - Hava Limanı

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə payız aylarında 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir.
Avtosfer.az xəbər verir ki, Bakı hava limanından 18 aşağıbüdcəli olmaqla, 38 xarici aviaşirkət vasitəsilə dünyanın bir çox məşhur şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.
Payızın mədəni və tarixi gözəlliklərini yaşamaq istəyənlər üçün Avropanın əsas turizm məkanları - Paris, Roma, Milan, Vyana, London, Barselona, Frankfurt, Berlin, Praqa, Budapeşt, Riqa və digər şəhərlərə reyslər təklif olunur. İsti günlərdən zövq almaq istəyənlər üçün Dubay, Əbu-Dabi, Şarja və Şarm əl-Şeyx kimi məşhur dənizkənarı kurort şəhərlərinə uçuşlar həyata keçirilir. Asiya mədəniyyəti və təbiətini araşdırmaq arzusunda olan sərnişinlər isə Pekin, Urumçi, İslamabad, Kəraçi, Lahor, Dehli və Mumbay kimi maraqlı istiqamətlərə səyahət edə bilərlər.
Bundan əlavə, Bakı aeroportundan bu payız mövsümündə də İstanbul, Ankara, İzmir, Trabzon, Almatı, Astana, Daşkənd, Moskva, Sankt-Peterburq, Tbilisi və digər populyar şəhərlərə uçuşlar yerinə yetirilməkdə davam edəcək. Bu istiqamətlər həm turizm, həm də işgüzar səfərlər üçün geniş imkanlar təqdim edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin komfortunu təmin etmək məqsədilə müasir xidmətlər, o cümlədən rahat bağlantılar və geniş marşrut şəbəkəsi təqdim edir.
Sərnişinlərə səyahət planlarını öncədən quraraq, aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi saytlarından əvvəlcədən bron etmələri tövsiyə olunur. Bu, həm biletlərin əlçatanlığını təmin edəcək, həm də daha sərfəli qiymətlərdən faydalanmağa imkan yaradacaq.
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










