Paytaxtda yeni xətlənmə narazılıq yaratdı - FOTO

Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb.
Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.
"Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır" -, deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında xətlənmə faktını təsdiqləyib.
"Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil", - deyə T.Orucov qeyd edib.

(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












