Paytaxtda yük maşınları təhlükəsi - VİDEO

Hazırda az qala paytaxtın bütün ünvanlarında təmir tikinti işləri aparılır. Həmin tikinti obyektlərinə zəruri olan materiallar isə yük maşınları vasitəsi ilə daşınılır. Bəzən onlar heç bir daşınma qaydalarına riayət etmirlər, xüsusilə də tenti örtüsü olmadan yola çıxırlar. Bu isə hər an baş verə biləcək qəza şəraiti deməkdir. Maşının içindəki tikinti materialları bir başqa avtomobilin üzərinə düşə, ya da yoldan keçənin xəsarət almasına səbəb ola bilər. Problem tək bununla bitmir tentsiz yük maşınlarındakı qum, torpaq küləkli havada ətrafa səpələnərək sağlamlığa da ağır təsir göstərir.
Ekspertlər hesab edirlər ki, iriqabaritli avtomobil sürücüləri heç bir halda xüsusi örtük olmadan yol çıxmamalıdır. Bu cür halların qarışısının alınması üçün həm özləri, həm də onları xəttə buraxan şirkət rəhpərləri məsuliyyət cəlb olunmalıdır.
Ekspert Azər Allahverənovun sözlərinə görə şirkətlərin məsuliyyətini artırmaq lazımdır. Lazım gələrsə şirkət rəhbərlərinə qarşı cəza tədbirlərinin görülməli olduğunu deyən ekspert ancaq bu zaman şirkətlərdə məsiliyyətin artdacağını bildirdi.
Baş çəkdiymiz daş bazarında fərdi şəkildə fəaliyyət göstərən yük avtomobil sürücüləri isə bu məsuliyyəti dərk etdiklərini deyirlər. Düzdür bazardan yola çıxacaq maşınların heç birinın üzərində tent görməsək də sürücülər cərimələnməmək üçün bu qaydaları gözlədiklərini bildirdilər.
Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov da münasibət bildirdi. Şöbə müdiri gün ərzində 2-3 belə yol hərəkət qaydaların pozan sürücülərin saxlanıldığını dedi. Onu da əlavə etdi ki ilin əvvəlindən bu günə kimi təxminən 300 ə yaxın bu cür sürücü məsuliyyət cəlb olunub və onlara cərimə tətbiq edilib və bu proses davamlı olaraq aparılacaq.
Hər halda cərimələr də az deyil, ona görə də pulunu daşdan çıxaran sürücülər yol çıxarkən müvafiq qaydaları gözləməlidirlər.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












