Paytaxtın bu küçəsində təmir işləri aparılır - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verilib.
Təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metr təşkil edir.
Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri icra olunur.Ardınca küçəyə "İnşaat Norma və Qayadaları"na uyğun olaraq lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















