Paytaxtın bu yollarında hərəkət üç gün məhdudlaşdırılır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq sürücülərə müraciət edib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, veloturla əlaqədar iyunun 19-dan 21-dək paytaxt ərazisində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək: "İyunun 19-da veloturun təlim-məşqləri, 20-də isə yarışa start veriləcək. Ona görə də vətəndaşlardan sabah səhər saatlarından tədbir tam başa çatanadək paytaxtın Azadlıq meydanından Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, Qoşa Qala qapısı, İçərişəhər, Gənclər meydanı, Vəli Məmmədov, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Üzeyir Hacıbəyli, Bül-Bül, Rixard Zorge, Rəşid Behbudov, Mehdi Hüseyn, Landau, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Neftçilər, Parlament, Hüseyn Cavid, İnşaatçılar küçə və prospektlərində avtomobillərin hərəkətinin mümkünsüzlüyünü nəzərə almalarını tövsiyə edirik. BŞYDPİ sürücülərdən bunu nəzərə almaqla alternativ yollardan istifadə etməyi tövsiyə edir. İdarə paytaxtın mərkəzindən avtomobillərlə bölgələr istiqamətində və yaxud bölgələrdən paytaxtın mərkəzinə doğru hərəkət edən sürücülərə alternativ yollar kimi Bakı-Salyan yolunun 14-ci kilometrliyindən Xocasən və III Kənar Dairəvi Yolla Badamdar, Yasamal, «20 Yanvar» ərazilərindən keçməklə Koroğlu Rəhimov, Fətəli xan Xoyski, Babək, Atatürk və digər küçə və prospektlərdə sərbəst və rahat hərəkət etmələrini məsləhət görür. Qeyd edilən ərazilərdə yaşayan avtomobili olan vətəndaşlardan isə vəziyyəti nəzərə almağı və şəxsi avtomobillərdən imtina edərək ictimai nəqliyyat vasitələrinə üstünlük vermələrini tövsiyyə edirik».
Elmin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












