Pekin: “Tesla”nın Çindəki işi ABŞ ilə uğurlu əməkdaşlığın nümunəsinə çevrilib

“Tesla”nın Çindəki fəaliyyəti Pekin və Vaşinqton arasında uğurlu əməkdaşlıq nümunəsi sayıla bilər.
“Report” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, bunu bazar günü Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Tsyan İlon Maskla görüşündə söyləyib.
“Tesla”nın Çindəki inkişafını Çin-Amerika iqtisadi və ticarət əməkdaşlığının uğurlu nümunəsi adlandırmaq olar”, – televiziya Çin hökumətinin başçısından sitat gətirib.
Onun sözlərinə görə, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda ÇXR və ABŞ-nin fundamental maraqlarına cavab verir. Li Tsyan həmçinin Çin-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. Çin hökumətinin başçısı qeyd edib ki, Çin bundan sonra da xarici sərmayələrə qapılarını açacaq və xarici kapitallı müəssisələr üçün əlverişli şərait yaradacaq.
Öz növbəsində, İlon Mask Çindəki “Tesla” zavodunun şirkətin ən yaxşı müəssisəsi olduğunu qeyd edərək əlavə edib ki, “Tesla” “qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir”.
Xatırladaq ki, İlon Mask Çində səfərdədir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












