Pekində keçirilən forumda Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarından danışılıb

Çinin paytaxtı Pekində “Dayanıqlı nəqliyyat: dünyanı birləşdirən logistika” mövzusunda Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun məqsədi qlobal nəqliyyat əməkdaşlığının inkişafı, habelə təhlükəsiz, səmərəli, ekoloji cəhətdən təmiz, inklüziv və dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün yüksək səviyyəli platforma təmin etməkdir.
Müxtəlif ölkə rəsmilərinin, nəqliyyat nazirlərinin, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətləri rəhbərlərinin, ekspertlərin iştirak etdiyi forumun açılış mərasimində çıxış edən He Lifen, Tailand Baş nazirinin müavini Suriya Cunqrunqranqkit, Pakistan Prezidenti Asif Əli Zərdari (video müraciət) və başqaları nəqliyyatın iqtisadi-sosial inkişafa təsir edən qüvvə olduğunu bildirdilər, qlobal nəqliyyat potensialının artırılması üçün ümumi səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Siyasi proseslərin, münaqişələrin, sanksiyaların, habelə ekoloji vəziyyətin, iqlim dəyişikliyinin, təbii fəlakətlərin qlobal nəqliyyatın dinamik fəaliyyətinə təsir edən səbəblər olduğu bildirilib, resursların, imkanların və təcrübələrin birləşdirilərək, innovativ və dayanıqlı nəqliyyatın yaradılmasına nail olunmasının əsas məqsədlərdən olduğu deyilib.
Forumun plenar iclasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın nəqliyyat-logistika və tranzit potensialından, şərq-qərb, şimal-cənub nəqliyyat bağlantısındakı mühüm rolundan, “Bir kəmər, bir yol”un tərkib hissəsi olan Orta Dəhlizin Avrasiyada tranzit yük daşımalarındakı əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü infrastrukturun möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və qlobal iqtisadi artımın stimullaşdırılması üçün mühüm fürsət kimi qəbul edərək, layihənin güclü tərəfdarı olaraq qalır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilmiş irimiqyaslı iqtisadi layihələr regionda əməkdaşlığın inkişafında, ticarət yollarının möhkəmlənməsində və beynəlxalq iqtisadi genişlənməsində həlledici rol oynayıb.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyi bərpa edəndən sonra Zəngəzur dəhlizi təşəbbüsünü irəli sürdüyünü bildirən R.Nəbiyev diqqətə çatdırıb ki, bu dəhliz təkcə yeni nəqliyyat və kommunikasiya yollarını açmayacaq, həm də Türkiyə üzərindən Avropaya quru nəqliyyat bağlantısının əlaqələrini şaxələndirəcək və Azərbaycandan keçən nəqliyyat dəhlizlərini birləşdirəcək. Dəhliz, həmçinin Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu kimi xidmət edəcək.
Nazir Bakıda keçiriləcək COP29 tədbiri barədə danışaraq, bunun Azərbaycanın qlobal iqlim gündəminə və yaşıl inkişafa sadiqliyinin göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, COP29 çərçivəsində Orta Dəhlizin dayanıqlı inkişafı və rəqəmsallaşdırılması mövzusunda nəqliyyat nazirlərinin forumu keçiriləcək.
Qlobal Dayanıqlı Nəqliyyat Forumu çərçivəsində nazirlər forumu, tematik iclaslar keçirilir. Forum işini sentyabrın 26-da davam etdirəcək.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












