Pensər çayı məcrasından çıxdı - evlər təhlükə qarşısındadır - VİDEO

Son dövrlər müşahidə edilən aramsız yağışlar nəticəsində Astaranın Şiyəkəran kəndindən keçən pensər çayında da suyun səviyyəsi artıb.
Avtosfer.az xəbər verir ki, çayın məcrası bir qədər genişlənib. Çay torpaq qatını kənarlara doğru 20-25 metrə qədər yuyub. Hər an sürüşmə baş verə bilər. Yaxınlıqdakı evlər təhlükə ilə üz-üzədir. Astaranın Şiyəkəran kəndində Pensər çayının sahilində yaşayan insanlar son günlər bölgəyə yağan yağışlardan sonra təhlükə ilə üzləşiblər. Aramsız yağıntılardan sonra kənd ərazsindən keçən çayda suyun səviyyəsi kəskin qalxaraq torpaq qatını sahilə doğru 20-25 metrədək yuyub aparıb. Yaxınlıqdakı evlər üçün təhlükə yaranıb. Məsələ ilə bağlı Astara suvarma sistemləri idarəsindən problemin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi ilə maraqlandıq. Qurumun mühəndis Fərid Yusifov əlavə edib ki, vəsait ayrılacağı təqdirdə həmin ərazidə sahil-mühafizə bəndinin tikintisi həyata keçiriləcək.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












