Pərvin Abbasov tələbələr üçün təlim keçib - FOTO

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib.
Əvvəlcə fakültə dekanı Vüqar Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin fəaliyyəti barədə danışıb, AZƏRTAC-ın jurnalistlər üçün böyük məktəb olduğunu deyib. Dekan qonaq barədə tələbələrə məlumat verib, jurnalistikanın nəzəri əsaslarının öyrənilməsi ilə yanaşı, praktik cəhətdən təcrübəli jurnalistlərlə birbaşa ünsiyyətin əhəmiyyətindən bəhs edib. O, Pərvin Abbasovun ölkənin ən tanınmış informasiya agentliklərində çalışdığını, xəbər, reportaj və araşdırma janrları üzrə ixtisaslaşdığını vurğulayıb.
Pərvin Abbasov gənc jurnalistlərlə görüş imkanından məmnunluğunu bildirərək media sahəsində karyerasından danışıb. O, təlim zamanı tələbələrə xəbərin hazırlanma, press-relizlərlə işləmək qaydaları, mənbələrin seçilməsi və qorunması, saxta xəbərlə mübarizə üsulları barədə məlumat verib. Jurnalistikada müəlliflik hüququnun qorunmasının zəruriliyini xüsusi vurğulayan Pərvin Abbasov, həmçinin medianın etik və hüquqi aspektlərindən danışıb, konkret praktik nümunələrlə sadaladığı tezisləri əsaslandırıb.
İnteraktiv formada keçən görüşdə tələbələrin sualları cavablandırılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















