"Pfizer" vaksininin saxlanma müddəti uzadıldı

Son istifadə tarixi 2021-ci ilin may ayından 2022-ci ilin fevralına qədər olan "Pfizer/Biontech" vaksinlərinin saxlanma müddəti əlavə 3 ay uzadılıb.
Trend bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat verir.
Məlumata görə, ÜST Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, "Pfizer/Biontech" preparatlarından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.
Qeyd edək ki, "Pfizer" vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti altı aya bərabər idi, indi isə bu müddət doqquz ay təşkil edir.
Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı "Sinovac", "Pfizer" və "Sputnik V" vaksinlərindən istifadə olunur. "Pfizer" vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər. "Pfizer" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il dekabrın 31-də təsdiqlənmiş ilk vaksin olub.
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












