Pik saatlarda artan taksi qiymətləri - Kimdir müqəssir?

Paytaxt Bakıda demək olar ki, hər gün tıxac problemi yaşamalı oluruq. Bəzən tıxac zamanı taksi şirkətləri qiymətləri qaldırırlar ki, bu da sərnişinlərin narazılığı ilə qarşılanır. Belə hallarda getdiyimiz məsafənin qiyməti 2-3 dəfəyə qədər arta bilir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu, əslində gözlənilən haldır:
“Bunun səbəbi odur ki, günün pik saatlarında şəhər yollarında tıxac olur. Taksi şirkətləri də normalda avtomobillərin bir hissəsinin tıxaca düşməsindən əziyyət çəkir. Belə ki, yollar boş olan zaman şirkət 500 avtomobil çıxara bilirsə, pik saatlarda bu say 250-yə qədər enir. İtirilən qazancı tənzimləmək üçün də tıxaca düşən taksilərin qiymətində müəyyən artımlar olur”.
Ekspert deyib ki, bu artımları süni artım adlandırmaq olmaz:
“Burada süni artımdan söhbət getmir. Çünki şirkət itirdiyi qazancını bərpa etməyə çalışır. Şirkət özünün və fəaliyyət göstərən fərdi şəxslərin ziyanını qarşılamaq üçün bunu edir. Burada ziyan müştərilərin cibinə dəyir. Bəzən bu hal müştərilər tərəfindən aqressiv şəkildə qarşılanır. Təəssüf ki, bununla bağlı hansısa tədbir görmək mümkün deyil. Aidiyyəti qurumlar müəyyən tədbirlər görə bilər, amma bunun da qiymətlərə böyük təsiri olmayacaq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












