“Pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”

"Sentyabrın 20-dən “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” və “28 may” stansiyaları arasında, pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib”.
Avtosfer.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Bakı metrosunda əsas sıxlıq ali təhsil müəssisələrində tədrisin başlaması ilə müşahidə olunacaq. Bu yay sərnişinlərin sayı əvvəlki illərə nisbətən bir az da azalıb. Sentyabr ayından isə sərnişin kütləsinin müəyyən nisbətdə artması müşahidə olunub. Gündəlik sərnişin sayı hazırda 430 minə yaxınlaşıb. Təhsil müəssisələrində tədrisin başlaması bu artıma təkan verib. Bununla bağlı metropolitendə yoxlama nəzarət monitorinqlərinin sayı dəfələrlə artıb. Gün ərzində bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlərin əsas məqsədi pik saatların vaxtını təyin etməkdir”, - deyə o, qeyd edib.
B.Məmmədovun sözlərinə görə, bu tədbirlər 2019-cu ilin eyni dövrü ilə müqayisələr aparılaraq tətbiq olunur: "Çünki metropolitenin normal şəkildə sərnişinlərə xidmət göstərdiyi axırıncı dövr həmin dövrdür. Biz tədris prosesinin fəal başlamasını əsas götürərək bunu tətbiq etmişik. Amma pandemiya şəraitinin davam etməsi ilə əlaqədar olaraq istər tədris müəssisələrinin, istərsə də iş müəssisələrinin iş rejimində müəyyən dəyişikliklər ola bilər. Ona görə də metropoliten buna hər zaman hazır olmalıdır. Sıxlığın azalması üçün maksimum texniki imkanlar tətbiq etmişik. Əvvəlki illərlə müqayisədə xüsusi sıxlıq müşahidə olunmur. Hətta bu ilin iyun ayı ilə müqayisədə belə sıxlıq artmayıb. Lakin bizim xüsusi nəzarət mexanizmimiz indidən başlayıb ki, biz artıq sentyabrın 29-dan sonra tədris ocaqlarının fəaliyyətinin başlamasına hazır olaq".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












