Pilotsuz sualtı gəmilərin istehsalı planlaşdırılır

Hindistan Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin 25 milyard rupi (təxminən 300 milyon dollar) dəyərində ağır pilotsuz sualtı gəmilər yaratmaq planlarını təsdiqləyib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, sualtı dronların hazırlanması üçün yaxın bir neçə ay ərzində tender elan olunacaq. Hindistan gəmiqayırma zavodlarına geniş funksionallığa və uzun müddət su altında qalma qabiliyyətinə malik 100 ton ağırlığında sualtı gəmilər düzəltmək təklif ediləcək.
Qeyd edilir ki, pilotsuz sualtı qayıqlar düşmənin sualtı və suüstü gəmilərinə zərbə komponenti ilə təchiz olunacaq, həmçinin Hərbi Dəniz Qüvvələrinə minaların quraşdırılması və minalardan təmizləmə, dənizdə vəziyyətin izlənilməsi daxil olmaqla, çoxsaylı əməliyyatlar keçirmək imkanı verəcək.
Hindistan Hərbi Dəniz Qüvvələrinin gələcəkdə pilotsuz suüstü gəmilərdən ibarət donanma yaratmaqda da maraqlı olduğu bildirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












