Pirallahıda əhalinin ekoloji maarifləndirilməsi mövzusunda tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Bakı şəhəri, Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində növbəti tədbir keçirilib.
İctimai Birlikdən Avtosfer.az-a bildirilib ki, qurumun sədri Çingiz Bayramov tədbir iştirakçılarına layihə və bu sahədə olan dövlət siyasəti haqqında geniş məlumat verib. DİNİB sədri qeyd edib ki, insanların ekoloji maarifləndirilməsində məqsədimiz ətraf mühitin çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığının təmin edilməsində təşkilat olaraq öz töhfəmizi vermək və bu sahədə ictimaiyyət arasında geniş maarifləndirmə işləri aparmaqdır. DİNİB üzvü tanınmış jurnalist Fuad Abbasov günümüzün əsas problemlərindən olan içməli su və tullantılar, onların həlli yolları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Son dövrlərdə dövlətimizin ətraf mühitin qorunması istiqamətində qəbul etdiyi qanunlardan və həyata keçirdiyi tədbirlərdən danışıb: “Birliyimizin apardığı sorğulardan məlum olmuşdur ki, vətəndaş cəmiyyəti institutlarının çoxşaxəli tədbirlərin keçirilməsinə hələ də zərurət var”. DİNİB sədri Çingiz Bayramov çıxışına davam edərək bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri dövlətimizin ekologiya verdiyi ən böyük dəyərdir. “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Əhədova çıxış edərək, yeniyetmə və gənclər arasında ekoloji maarifləndirmənin vacibliyindən danışıb. O maraqlı və əyləncəli çıxışı ilə tədbir iştirakçılarını mövzu ilə bağlı tanış edib və xüsusilə də, şagirdlərin bu məsələlər ətrafında təlim və tərbiyəsinin formalaşdırılmasına ehtiyac olduğunu bildirib. Tədbirdə digər çıxış edənlər isə bu cür layihələrin davamlı keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda isə iməcilik keçirilib və xatirə şəkli çəkilib.
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Bakı şəhəri, Pirallahı rayonu, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində növbəti tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Çingiz Bayramov tədbir iştirakçılarına layihə və bu sahədə olan dövlət siyasəti haqqında geniş məlumat verib. DİNİB sədri qeyd edib ki, insanların ekoloji maarifləndirilməsində məqsədimiz ətraf mühitin çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığının təmin edilməsində təşkilat olaraq öz töhfəmizi vermək və bu sahədə ictimaiyyət arasında geniş maarifləndirmə işləri aparmaqdır.
DİNİB üzvü tanınmış jurnalist Fuad Abbasov günümüzün əsas problemlərindən olan içməli su və tullantılar, onların həlli yolları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Son dövrlərdə dövlətimizin ətraf mühitin qorunması istiqamətində qəbul etdiyi qanunlardan və həyata keçirdiyi tədbirlərdən danışıb: “Birliyimizin apardığı sorğulardan məlum olmuşdur ki, vətəndaş cəmiyyəti institutlarının çoxşaxəli tədbirlərin keçirilməsinə hələ də zərurət var”.
DİNİB sədri Çingiz Bayramov çıxışına davam edərək bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri dövlətimizin ekologiya verdiyi ən böyük dəyərdir.
“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Əhədova çıxış edərək, yeniyetmə və gənclər arasında ekoloji maarifləndirmənin vacibliyindən danışıb. O maraqlı və əyləncəli çıxışı ilə tədbir iştirakçılarını mövzu ilə bağlı tanış edib və xüsusilə də, şagirdlərin bu məsələlər ətrafında təlim və tərbiyəsinin formalaşdırılmasına ehtiyac olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər isə bu cür layihələrin davamlı keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda isə iməcilik keçirilib və xatirə şəkli çəkilib.






Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır










