Piyadaların həyatı təhlükədə - Küçə genişləndi, səki yaddan çıxdı - FOTO

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində səkinin olmaması piyadaların narazılığına səbəb olub. Onlar problemlə əlaqədar olaraq “Qafqazinfo”ya müraciət edib. Əməkdaşlarımız sözügedən ərazidə olub və həqiqətən də maşınların çox işlədiyi 15-20 metrlik ərazidə - abidənin yaxınlığında səkilərin olmadığının, 50 metrlik bir hissədə isə səkilərin eninin çox dar olduğunun şahidi olub. Xeyli sayda nəqliyyat vasitələrinin, xüsusilə də yük maşınlarının küçədən istifadə etdiyini nəzərə alsaq, piyadaların həyatının təhlükə altında olduğunu deyə bilərik.
Qəsəbə sakinlərinin sözlərinə görə, bir müddət əvvəl küçə genişləndirilən zaman səkilər bu vəziyyətə düşüb: «Gördüyünüz kimi, səkilərdən istifadə etmək qeyri-mümkündür. Maşınlarda sıx və sürətli şütüyür. Həmin hissəyə çatanda xüsusi ehtiyatlı olmaq lazımdır. Çünki çox vaxt hasardan qarşıdan gələn maşın görünmür. Yolu keçmək istəsən də keçid olmadığı üçün nə qədər vaxt gözləmək məcburiyyətində qalırsan”.
Qəsəbə sakini Zəhra xanım küçə boyu keçid olmadığı üçün uşaqlarını məktəbə tək buraxmadığını deyib: “Yol boyu bir dənə də olsun nə keçid var, nə dayanacaq. Biz yenə gözləyirik, keçirik. Uşaqların necə hərəkət edəcəyini bilmək olmaz, həmişə narahat qalıram. Ona görə də, məcbur özüm aparıb gətirirəm”.
"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı araşdırma aparıldığını və qısa zaman ərzində məlumat veriləcəyini bildirib.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
















