Poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
"Azərpoçt"dan " verilən məlumata görə, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, paytaxtda yerləşən digər “Şəbəkə”lər saat 10:00-dan 16:00-dək, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda, Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 2 saylı poçt filialının 9, 17, 102, 111, 117, 122, 3 saylı poçt filialının 2 (Müştəri Xidmətləri Şöbəsi), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri saat 10:00-dan 16:00-dək, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri saat 09:00-dən 16:00-dək işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










