Polis Ağdaş və Şəkidə reydlər keçirdi, qaydaları pozanlar cərimələndi - FOTO
Xəbərlər
29 Mart 2021 15:00

Şəki və Ağdaşda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti reydlər keçirilib. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları şəhərdaxili marşrut avtobuslarında, mağazalarda, açıq ictimai məkanlarda, eləcə də digər qapalı obyektlərdə keçirdikləri reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, karantin qaydalarına riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.
Gündəlik olaraq həyata keçirilən nəzarət-profilaktik tədbirlərdə əsas məqsədin onların maarifləndirilməsi, sağlamlıqlarının və təhlükəsizliyinin qorunması olduğunu bildiriblər.
Reydlər zamanı ictimai nəqliyyatda, mağazalarda qaydaların pozulması hallarına rast gəlinib.
Belə ki, bəzi sürücü və sərnişinlərin, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, kassaların önündə sosial məsafənin gözlənilmədiyi aşkarlanıb.
Aparılan izahedici söhbətlərdən, edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görülüb.






Oxunub : 1080
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












