Polis Alpine A110 sportkarı ilə xidmət aparacaq

Fransa polisi 26 ədəd ortamühərrikli Alpine A110 sportkarını sifariş edib. Fransanın Daxili İşlər Nazirliyi rəsmi olaraq Renault konserninin tenderin qalibi olduğunu elan edib – güc strukturu ilə avtomobil istehsalçısı arasındakı müqavilə 11 oktyabrda imzalanıb və dörd il müddətində qüvvədə olacaq. Sportkarlar “avtomagistrallarda yol hərəkətinin təhlükəsizliyini təmin etmək və gizli polisin xüsusi əməliyyatları” üçün lazım olduğu bildirilib.
Alpine 110 modeli ortamühərrikli yüngül sportkardır, buna baxmayaraq, Fransa jandarmeriyası ilk dəfə deyil ki, ondan istifadə edir. Orijinal kupe də 1960-cı illərin ikinci yarısında polisdə xidmət göstərib, odur ki, Fransa DİN-i tərəfindən bu sportkarlardan istifadəni ənənələrə qayıdış hesab etmək olar.
Xidməti Alpine A110 modelinin xarici görünüşü açıqlanmır, lakin ilk iki sportkar bu ilin sonuna qədər polis orqanına təhvil veriləcəyi bildirilib. 26 avtomobilin Milli jandarmeriyaya aid olduğunu nəzərə alsaq, bütün sportkarlar polis livreyası, xüsusi siqnallar, ilkin tibbi yardım avadanlığı və polis xidməti aparmaq üçün gərək olan digər vasitələr ilə təchiz ediləcəkdirlər.
Alpine A110 sportkarları DİN-nin avtoparkındakı 2011-ci ilin Renault Megane R.S. modlərelini əvəz edəcəkdirlər. Müşayət sənədində söhbətin adi A110 kupelərindən getdiyi bildirilir. Odur ki, polis sportkarları 252 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən mühərrikə sahib olacaqdırlar. Belə kupe 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir.///autograph
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO











