Polis axtarışda olan 95 nəfəri aşkarlayıb

Xəbərlər 11 Sentyabr 2024 09:41 Oxunub 116
Polis axtarışda olan 95 nəfəri aşkarlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh