Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb - FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazəsi olmadan keçmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam rayon sakinləri - Famil Kərimov, Tural Sadaylı və bir yetkinlik yaşına çatmayan şəxs rayonun Hacıməmmədli kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd göstərərkən ərazidə xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıblar.
Həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün təhlükəli olduğu izah edilib. Buna baxmayaraq onlar işğaldan azad edilmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib.
F.Kərimov və T.Sadaylının barələrində tərtib edilmiş protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən onların hər ikisi də 20 gün müddətinə inzibati qaydada həbs olunub. Yetkinlik yaşına çatmayan bir nəfərə isə xəbərdarlıq edilərək ailəsinə təhvil verilib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












