Polis Bakıda və Abşeronda oğruları tutdu: telefon, noutbuk, məişət əşyaları

Bərbərdən telefon oğurlayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən bərbər salonlarının birindən orada işləyən bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Seymur Əsədov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən ümumi dəyəri 7300 manatdan çox olan məişət əşyaları, mobil telefon, noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hilal Əhmədov müəyyən olunaraq saxlanılıb.
Abşeron və Yasamal rayonları ərazilərində marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 marketdən ümumilikdə 615 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Daşqın Abdullayev, Taryel Təhməzov və bir qadın saxlanılıblar.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












