Reklam

Polis əməkdaşı dayanacaq nəzarətçilərini təhqir edib qaçdı

Xəbərlər 8 İyul 2014 19:19 Oxunub 2367
Polis əməkdaşı dayanacaq nəzarətçilərini təhqir edib qaçdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«KİA» markalı avtomobilin sürücüsü parkinqə ödəmə etməyib: nəzarətçiləri nalayiq ifadələrlə təhqir edib

Paytaxtda özünü polis əməkdaşı kimi təqdim edən şəxs Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi əməkdaşlarını təhqir edib. Bu barədə Avtosfer.az saytına sözügedən idarədən məlumat verilib. Məlumatda bildirilir ki, iyulun 8-də saat 02:00 radələrində 90 VD 038 dövlət nömrə nişanlı avtomobili idarə edən  bir nəfər şəxs Zərifə Əliyeva küçəsində yerləşən müvəqqəti dayanacağa daxil olarkən, nəzarətçi yaxınlaşaraq ödəniş etməsi baradə vətəndaşa müraciət edib. Lakin qarşılığında həmin şəxs nəzarətçini nalayiq söyüşlərlə təhqir edərək üzərinə hücüm çəkib: «Əraziyə növbə rəisi yaxınlaşaraq məsələni aydınlaşdırmaq istərkən sürücü ona da əhəmiyyət verməyib və ödənişdən imtina edərək uzaqlaşıb. Vətəndaş ərazidən getdikdən sonra  digər 90 ST 109 dövlət nömrə nişanlı qara rəngli «KİA» markalı avtomobildə bir nəfərlə əraziyə gələrək yenidən növbə rəisi və nəzarətçiyə qarşı kobudluq edib və az öncə yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsündən nə səbəbdən ödəmə etməsinin tələb edildiyini soruşub. Ardınca isə hər iki xidmət əməkdaşını nalayiq ifadələrlə təhqir edib. Ərazidə olan polis nəfərlərinin ona nəzarətçinin qanuna uyğun olaraq öz vəzifə borcunu yerinə yetirirdiyini, başqa qanunazidd hərəkət etməyini bildirməsinə baxmayaraq «KİA» markalı avtomobilin sürücüsü özünün də polis əməkdaşı olduğunu bildirib və heç bir sənəd təqdim etmədən hadisə yerindən uzaqlaşıb».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh